Amerika Birləşmiş Ştatları Mərkəzi Komandanlığının rəisi Maykl Kurilla ilə İsrail Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Hertsi Halevi arasında görüş olub.
Görüş amerikalı komandirin İsrailə bu həftə ərzində ikinci səfəri çərçivəsində baş tutub.
Görüşdə təhlükəsizlik və strateji məsələlərlə yanaşı regional təhlükələrə birgə cavab tədbirlərinin hazırlıqları barədə müzakirələr aparılıb.
Kurilla həmçinin İsrail Hərbi Hava Qüvvələrinin yeraltı komandanlıq mərkəzinə baş çəkib və HHQ rəhbəri Tomer Bar ilə cari vəziyyəti qiymətləndirib.