“Ukrayna ədaləti necə bərpa edəcəyini bilir”.
Senzor.az bildirir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski axşam videomüraciətində deyib.
Zelenski qeyd edib ki, bu gün Ukrayna Silahlı Qüvvələrinin Baş Komandanı Aleksandr Sırski ona cəbhədəki vəziyyətlə bağlı artıq bir neçə dəfə məruzə edib.
“Cəbhəni və müharibəni təcavüzkarın ərazisinə keçirmək haqqında məruzə edilib”, - deyə Zelenski məsələyə aydınlıq gətirib.
Prezident bu işdə köməklik göstərən bütün hərbi qulluqçulara təşəkkür edib.
“Ukrayna ədaləti necə bərpa edəcəyini həqiqətən bilir və təcavüzkarın təzyiqinə cavab verir”, - deyə dövlət başçısı vurğulayıb.
Qeyd edək ki, artıq 5 gündür Rusiyanın Kursk vilayətində Rusiya ordusu ilə hərbi toqquşma baş verir.