İsrail Qəzzada məktəbdə HƏMAS və İslami Cihad komandirlərini məhv edib - FOTO

İsrail hərbçiləri avqustun 10-da səhər saatlarında Qəzza zolağında Əl-Tabiyin məktəb kompleksinə endirdikləri zərbələr zamanı Fələstinin HƏMAS və İslami Cihad radikal qruplaşmalarının bölmələrinin bir neçə komandirini öldürüblər.

 

Bunu TASS-a İsrail Müdafiə Qüvvələri  mətbuat xidmətinin nümayəndəsi Anna Ukolova deyib.

 

“Hazırda hücum zamanı məscid binasında (ət-Tabiyin kompleksi) olan məhv edilmiş 19 terrorçunun, o cümlədən müxtəlif bölmələrin komandirləri də daxil olmaqla, HƏMAS və İslami Cihad yaraqlılarının şəxsiyyəti təsdiqlənib” - Ukolova deyib. 

Onun sözlərinə görə, “zərbə məscidin mərtəbələrindən birinə yüksək dəqiqlikli mərmilərlə vurulub”. Hərbi sözçü qeyd edib ki, zərbədən sonra dünən günorta çəkilmiş video görüntü var ki, kompleksin və məscidin özü toxunulmaz qalıb: “Kəşfiyyat məlumatlarına görə, radikallar bu kompleksdən İsrailə qarşı terror hücumlarının planlaşdırılması və həyata keçirilməsi üçün əməliyyat mərkəzi kimi istifadə ediblər”.

 

O, eyni zamanda qeyd edib ki, terrorçuların məktəbləri, məscidləri və xəstəxanaları əməliyyat mərkəzi kimi istifadə etməsi ilk nümunə deyil.


Xatırladaq ki, Fələstin anklavının mülki müdafiə xidmətinin dünən yaydığı məlumatına görə, sözügedən zərbələr nəticəsində 11-i uşaq və 6-sı qadın olmaqla azı 93 nəfər həlak olub.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.