Ukrayna Rusiyanın 3 regionuna hücum etdi – YENİ TƏXLİYƏ DALĞASI BAŞLADI
VİDEO

Ötən gecə hava hücumundan müdafiə sistemləri Rusiyanın üç regionu üzərində Ukraynaya məxsus 18 ədəd PUA vurub.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

 

“Növbətçi hava hücumundan müdafiə sistemləri 18 ədəd PUA vurub: 11-i Kursk, 5-i Belqorod, 2-si isə Voronej bölgəsində”, - məlumatda bildirilib.

 

Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkov Teleqram kanalında yazıb ki, bu gün səhər saatlarından vilayətin Krasnoyaruzsk rayonunda sakinlərin təxliyəsinə başlanılıb.


“Krasnoyaruzsk rayonu ilə sərhəddə düşmən aktivləşib. Biz əhalinin həyatını və sağlamlığını qorumaq üçün Krasnoyaruzsk rayonunda yaşayan insanları təhlükəsiz yerlərə köçürməyə başlayırıq”, - o bildirib.

 

Qladkov neçə nəfərin təxliyə ediləcəyini və hara aparılacağını dəqiqləşdirməyib.

 

Xatırladaq ki, Krasnoyaruzsk rayonu Ukrayna hərbçilərinin avqustun 6-da daxil olduğu qonşu Kursk vilayətinin Sudca şəhərindən təxminən 45 kilometr aralıda yerləşir. Qərb tərəfdən Ukrayna sərhədinə, şimal tərəfdən isə Kursk vilayətinin Belovski rayonuna bitişikdir.


Senzor.az






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.