Fələstin İsrailin şərtləri ilə Rəfah keçid məntəqəsinin açılması təklifindən imtina edib.
Bu barədə "Sky News Arabia" məlumat yayıb.
Bildirilib ki, İsrailin təklifi nəzarət-buraxılış məntəqəsi və sərhəddə Fələstin bayrağının qaldırılmasını qadağan edir. Bundan əlavə, İsrail keçid məntəqəsinin Fələstinin təhlükəsizlik orqanları ilə əlaqəsi olmadan, mülki şəxslərin idarəçiliyi altında açılmasını təklif edib.