Gürcüstanda "İşğal Əleyhinə Hərəkat"ın lideri David Katsarava yeni siyasi partiyanın yaradıldığını elan edib.
Senzor.az yerli KİV-ə istinadən bildirirki, yeni partiya “Biz” adlanacaq.
Katsaravanın fikrincə, “Biz” “öz sahəsində peşəkarları və ölkənin rifahı uğrunda mübarizədə heç vaxt geri çəkilməyən vətəndaş fəallarını birləşdirən” siyasi qüvvə olacaq.
Onun sözlərindən belə qənaətə gəlmək olar ki, partiya oktyabrda keçiriləcək seçkilərdə iştirak etməyi planlaşdırır. Bununla belə, “Biz”in hansı müxalifət platformasına qoşulacağı hələlik bəlli deyil.