UEFA Çempionlar Liqasının (ÇL) III təsnifat mərhələsinin cavab oyunu çərçivəsində Bolqarıstanda üz-üzə gələn “Ludoqorets” və “Qarabağ” komandaları arasında oyun başa çatıb.
Senzor.az bildirir ki, görüş Ağdam təmsilçisinin 7:2 hesablı qələbəsi ilə yekunlaşıb.
Komandamızın heyətində qolları Olavio Juninyo, Yassin Benzia (2 qol), Toral Bayramov, Redon Cica və Patrik Andrade (2 qol) vurublar.
Bununla da təmsilçimiz adını UEFA Çempionlar Liqasının pley-off mərhələsinə yazdırıb.
Qeyd edək ki, “Qarabağ” Çempionlar Liqasının pley-off mərhələsində Xorvatiyanın “Dinamo”(Zaqreb) komandası ilə üz-üzə gələcək. Qurban Qurbanovun yetirmələri Xorvatiya çempionu ilə ilk görüşünü avqustun 20-si səfərdə keçirəcəklər.
**09:42(13.08.2024)
Azərbaycanın UEFA Çempionlar Liqasındakı təmsilçisi “Qarabağ” bu gün III təsnifat mərhələsində cavab oyununa çıxacaq.
Senzor.az bildirir ki, Ağdam klubu Razqradda Bolqarıstanın “Ludoqorets” kollektivinin qonağı olacaq.
“Ludoqorets Arena”da keçiriləcək görüş Bakı vaxtı ilə saat 22:00-da başlayacaq. Qarşılaşmanı Simone Sozzanın rəhbərliyi ilə İtaliyadan olan hakimlər briqadası idarə edəcək.
Qeyd edək ki, komandalar arasında Bakıda keçirilən ilk matçda “Qarabağ” 1:2 hesabı ilə məğlub olub.