İsraildə minlərlə insan yenidən küçələrə çıxdı
NETANYAHUDAN TƏLƏB EDİRLƏR Kİ…

İsrailin Təl-Əviv, Hayfa, Beer-Şeva və digər şəhərlərində hökumət əleyhinə yeni etiraz aksiyaları başlayıb.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, aksiya iştirakçıları girovların azadlığa buraxılmalarını, atəşkəs razılaşmasına əməl olunmasını, Fələstin tərəfi ilə Doha danışıqlarının davam etdirilməsini, eləcə də Baş nazir Benyamin Netanyahu və hökumətin istefasını tələb edirlər.

 

Etirazçılar həmçinin, hökuməti girovluqda saxlanılanların geri qaytarılması istiqamətində təcili tədbirlər görməyə çağırıblar.

 

Xatırladaq ki, İsrailin son məlumatlarına görə, Qəzza zolağında 115 nəfər girov saxlanılır. Onlar HƏMAS hərbi qanadının 2023-cü il oktyabrın 7-də İsrailə hücumu zamanı ələ keçirilib və buna cavab olaraq anklavda genişmiqyaslı hərbi əməliyyat başlayıb.

 

Avqustun 15-16-da Dohada İsrail nümayəndə heyətinin və ABŞ, Misir və Qətərdən olan vasitəçilərin iştirakı ilə Bayden planının müzakirəsi üzrə danışıqların yeni mərhələsi baş tutub. Müzakirə iştirakçıları gələn həftə əlaqələri davam etdirmək barədə razılığa gəliblər.

 






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.