Avqustun 19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasının Prezidenti Vladimir Putin ilə geniş tərkibdə görüşü olub.
Senzor.az bildirir ki, geniş tərkibdə danışıqlardan sonra Azərbaycan ilə Rusiya arasında imzalanmış sənədlərin prezidentlər İlham Əliyevin və Vladimir Putinin iştirakı ilə mübadiləsi mərasimi keçirilib.