Bildiyiniz kimi, avqustun 19-da Bakıda Gülüstan sarayında Azərbaycan Prezidenti İlham Əliyevin adından Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin şərəfinə dövlət ziyafəti verilib. Qəbulda Azərbaycan və rus musiqilərindən ibarət konsert proqramı təqdim olunub.
Senzor.az bildirir ki, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu tədbirdə Azərbaycan və Rusiya liderləri üçün ən məşhur sovet mahnılarından birini, 1956-cı ildə bəstəkar Vasili Solovyov-Sedının Mixail Matusovskinin sözlərinə yazdığı “Leninqrad axşamları” kompozisiyasını və özünün vaxtilə Bakıya həsr etdiyi mahnısını ifa edib.