Türkiyədə Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Özgür Özəlin ayağından güllələnməsi ilə bağlı məlumat yayılıb.
Senzor.az bildirir ki, müxalifət lideri ölkə mediasına verdiyi açıqlamada məsələyə aydınlıq gətirib.
“Yalan məlumat ilk dəfə FETÖ hesabları tərəfindən paylaşıldı. Daha sonra bu hesablar üzərindən başqa şəxslər də paylaşmağa başladı. Mənim Güvən xəstəxanasında çəkilən rentgen görüntülərim var. Həmin müayinə görüntüləri "e-dövlət" portalına yüklənib. Rentgendə ayaq barmağımda qırıq açıq-aydın görünür. İnanmayana nəticələri özüm də göndərə bilərəm”, - deyə partiya sədri vurğulayıb.