Putin vaxt verdi: Oktyabra kimi Kurskı azad edin... - VİDEO

Rusiya Prezidenti Vladimir Putin Ukrayna hərbçilərini Kursk vilayətindən çıxarmaq üçün orduya oktyabra kimi vaxt verib.

 

Bu barədə öz mənbələrinə istinadla “RBK Ukrayna” məlumat yayıb.

 

Qeyd olunub ki, rus qoşunları bunu Rusiyanın Donbasda, ilk növbədə, Pokrovsk və Torez istiqamətlərində hücum əməliyyatı apardığı əsas bölgələrdən qüvvələri çıxarmadan etməlidir.

 

Nəşr bildirib ki, faktiki olaraq, Rusiya hərbi komandanlığı Pokrovsk və Torez istisna olmaqla, cəbhənin bütün istiqamətlərindən Kurska hərbi qüvvə göndərir.

 

Ukrayna Müdafiə Strategiyası Mərkəzinin eksperti Biktor Kiyevlyuk da bildirib ki, Rusiya komandanlığı Zaporojye vilayətindən iki briqada, Xerson istiqamətindən iki desant-hücum taborunu çıxarıb.

 

Onun sözlərinə görə, Xesron istiqamətində olan Qara dəniz donanmasının 810-cu briqadası, Uqledarda döyüşən 155-ci dəniz piyadaları briqadası Kursk vilayətində peyda olub.

 

Hətta 2024-cü ilin yaz çağırışçıları da Kurska göndərilir.


Ümumiyyətlə, son günlər bölgədə nələr baş verir? Proseslərə qarşı tərəfdə münasibət necədir? Daha ətraflı aşağıdakı videoda:








Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.