Moskva ötən gecə güclü hava hücumuna məruz qalıb
VİDEO

Avqustun 21-nə keçən gecə Podolsk şəhər dairəsində hava hücumundan müdafiə (HHM) sistemləri Moskva istiqamətində uçan 10 pilotsuz təyyarəni vurub.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, Moskva şəhərinin meri Sergey Sobyanin paytaxta hücum cəhdinin “bütün dövrlərin ən böyüklərindən biri” olduğunu deyib.

 

İlkin məlumata görə, itki yoxdur. O, ilk pilotsuz təyyarənin Podolsk səmasında təxminən gecə saat 3-də, Moskvaya doğru uçan doqquzuncu və onuncu PUA-ların isə saat 4:40 radələrində məhv edildiyini açıqlayıb.

 

“Moskvaya doğru uçan daha iki pilotsuz təyyarə vurulub. Moskvanın düşmən PUA-larından yaradılan çoxsədli müdafiəsi bütün hücumları uğurla dəf etməyə imkan verdi. Müdafiə nazirliyinin HHM qüvvələri bu gecə on hədəfi vurub. Bu, indiyədək dronlarla Moskvaya ən böyük hücum cəhdlərindən biridir. Vəziyyəti izləməyə davam edirik”, - Sobyanin öz Telegram səhifəsində bildirib.

 

Ukrayna dronları gecə saatlarında Moskva vilayəti ilə yanaşı Bryansk, Tula və Belqorod vilayətlərinə də hücum ediblər. Bryanskda 18, Tulada isə 2 PUA vurulub. Belqorod vilayətinin qubernatoru da bölgə səmasında “bir neçə hava hədəfinin” məhv edildiyini bildirib. Bundna əlavə, Rostov vilayətinin qərbində raket vurulduğu deyilir.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.