Lukaşenkonun sözləri erməniləri qəzəbləndirdi – BELARUSUN İRƏVANDAKI SƏFİRLİYİ QARŞISINDA ETİRAZ AKSİYASI
VİDEO/FOTO

Belarusun Ermənistandakı səfirliyi qarşısında etiraz aksiyası keçirilib.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, aksiya iştirakçıları Belarus Prezidenti Aleksandr Lukaşenkonun ermənilər haqqında dediyi sözlərə etiraz ediblər.

 

Etirazçılar səfirliyin binasına pomidor, yumurta və kartof atıblar.

 

Aksiyada iştirak edən siyasi fəal Armen Babacanyan “Respublika Naminə”, “Respublika”, Avropa Partiyası, “Avropa Hüququ”, Azad Vətəndaş” QHT-ləri və “Asparez” klubunun məsələ ilə bağlı birgə bəyanatını təqdim edib. 

Bəyanatda Belarusla diplomatik münasibətləri kəsmək, Belarus səfirini arzuolunmaz şəxs elan etmək və ona ölkəni tərk etmək üçün 3 gün vaxt vermək tələbi var.

 

Qeyd edək ki, ötən gün Lukeşanko “Rossiya” telekanalına verdiyi geniş müsahibəsində ermənilərin ünvanına kəskin sözlər deyib:   "Ermənistanın siyasətini görürsünüz, bu necə siyasətdir?! Yaxşı, ermənilər bizdən başqa kimə lazımdır? Onlar heç kimə lazım deyil. İqtisadiyyatlarını inkişaf etdirsinlər və sahib olduqlarına diqqət etsinlər. Hansı Fransa? Hansı Makron? Sabah Makron olmayacaq və hamı bu Ermənistanı unudacaq...".






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.