Türkiyə Milli İstehbarat Təşkilatı (MİT) və İstanbul polisi terror təşkilatı PKK/KCK-nın üzvlərinə qarşı əməliyyat keçirib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, keçirilən əməliyyat nəticəsində Finlandiya strukturunda sözdə məsul səviyyədə fəaliyyət göstərən "Naze Ad" kod adlı İran əsilli Mehnaz Öməri İstanbulda saxlanılıb.
Ömərinin Finlandiyadakı PKK/KCK personalı ilə təşkilatın üst rəhbərliyi arasında koordinasiyanı təmin etdiyi, insanların təşkilata köçürülməsi və təmin edilməsində məsul səviyyədə fəaliyyət göstərdiyi müəyyən edilib.