Azərbaycanın iki güləşçisi dünya çempionatında qızıl medal qazanıb

Azərbaycanın iki güləşçisi İordaniyanın Əmman şəhərində 17 yaşadək yeniyetmələr arasında dünya çempionatında qızıl medal qazanıb.

 

Senzor.az bildirir ki, Turan Daşdəmirov (51 kiloqram) finalda qırğızıstanlı Kutman Kalbayevə 5:3 hesabı ilə qalib gələrək ikinci dəfə dünya çempionu olub. Beləliklə, Daşdəmirov U-17 yaş qrupunda mübarizə apardığı 2 il ərzində maksimum nəticəyə imza ataraq ikiqat Avropa və ikiqat dünya çempionu adına sahib çıxıb. O həm də 2022-ci ildə U-15 Avropa çempionatının qalibi olub.

 

Ayxan Cavadov (60 kiloqram) isə finalda gürcüstanlı Vaxtanq Loluaya 4:1 hesabı ilə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Cavadov bu il qitə birinciliyində də baş mükafata sahib çıxmışdı.

 

Beləliklə, yeniyetmələrdən ibarət yunan-Roma güləşi üzrə Azərbaycan millisi U-17 dünya çempionatını 2 qızıl və 1 bürünc medalla başa vurub.

 

Xatırladaq ki, ötən gün Əmrah Əmrahov (48 kiloqram) dünya üçüncüsü olub.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.