Ermənistanın Baş naziri Nikol Paşinyanla Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub.
Senzor.az bildirir ki, bu barədə erməni mediası məlumat yayıb.
Qeyd olunub ki, Putin Ermənistanın baş nazirinə ötən həftə Azərbaycana səfəri ilə bağlı təəssüratları barədə məlumat verib və buna görə Paşinyan Prezident Putinə minnətdarlığını bildirib.
Tərtəflər Ermənistan və Rusiya arasında gündəlikdəki ikitərəfli məsələləri müzakirə etmək üçün yaxın vaxtlarda görüşmək barədə razılığa gəliblər.