Rusiyanın Volqoqrad vilayətində 19 saylı cəzaçəkmə müəssisəsində baş verən insident nəticəsində Penitensiar Xidmətin 4 əməkdaşı həlak olub.
Senzor.az bildirir ki, bu barədə Rusiya Penitensiar Xidməti (PX) açıqlama yayıb.
Açıqlamada bildirilir ki, İŞİD üzvü olduğunu bildirən dörd məhbus müəssisədə 8 əməkdaşı və 4 məhkumu girov götürüb. Girov götürülənlərdən bəziləri müqavimət göstərib.
Terrorçular dörd əməkdaşa kəsici-deşici alətlərlə müxtəlif dərəcəli xəsarətlər yetiriblər. Onlardan üçü yerində ölüb, müqavimət göstərən daha dörd əməkdaş xəstəxanaya yerləşdirilib. Onlardan biri xəstəxanada keçinib.
Qeyd edək ki, Rusiya Qvardiyasının keçirdiyi əməliyyat nəticəsində terrorçuların dördü də məhv edilib, girovlar azad olunub.
**15:54
Rusiyanın Volqoqrad vilayətinin Surovikin şəhərindəki 19 saylı Cəzaçəkmə Müəssisəsini ələ keçirməkdə şübhəli bilinən şəxslərin adları məlum olub.
Senzor.az bildirir ki, bu barədə Rusiya Teleqram kanalları məlumat yayıb.
Bunlar Özbəkistan əsilli Temur Xusinov (qəsdən sağlamlığa ağır xəsarət yetirməkdə təqsirli bilinərək 6 il müddətinə azadlıqdan məhrum edilib), Özbəkistan əsilli Ramzidin Toşev (narkotik satışı maddəsi ilə 8 il müddətinə azadlıqdan məhrum edilib) və Tacikistan əsilli Rüstəmçan Navruzidir (narkotik satışı maddəsi ilə 7 il müddətinə azadlıqdan məhrum edilib) .
Qeyd edək ki, yayılan son məlumatlara görə, müəssisəsinin üç əməkdaşını öldürüb, bir neçəsini yaralı girov götürən, İŞİD üzvü olduqlarını deyən həmin şəxslər 2 milyon dollar və helikopter tələb edirlər. Onlar helikopterlə Gürcüstana uçmağı planlaşdırırlar.
**14:58
Rusiyanın Volqoqrad vilayətində məhbuslar 19 saylı islah koloniyasını ələ keçiriblər.
Senzor.az bildirir ki, bu barədə Rusiya "Telegram" kanalları məlumat yayıblar.
Məlumata görə, koloniyada üsyan baş verib. Bir neçə məhbus Federal Penitensiar Xidmətinin dörd əməkdaşını girov götürüb və birini öldürüb. Həmçinin üç nəfərin də yaralandığı bildirilir.
Koloniyaya xüsusi təyinatlılar cəlb edilib. Hücum edənlər özlərini İŞİD üzvü adlandırırlar.
Zorakılıq aktı intizam komissiyasının iclası zamanı baş verib. Beşə qədər əməkdaş girov götürülüb.
İlkin məlumata görə, hücum edənlərin sayı dörd nəfər olub. Ümumilikdə müəssisədə 1 230 məhbus var.
Volqoqrad koloniyasında əməkdaşları girov götürən radikallar ölkəni tərk etmək üçün pilotlu helikopter, iki milyon dollar və cənub-şərq istiqamətində hava dəhlizi tələb ediblər. Bundan sonra girovları azad edəcəklərinə söz veriblər.
Hazırda İK-19-a gedən yol bağlanıb.