Kursk vilayətində hərbi əməliyyatlar zamanı əsir götürülmüş 115 rusiyalı hərbçi Rusiyaya, 115 ukraynalı hərbi əsir isə Ukrayna Silahlı Qüvvələrinə təhvil verilib.
Bu barədə Rusiya KİV-i ölkənin Müdafiə Nazirliyinə istinadən məlumat yayıb.
Nazirlikdən bildirilib ki, əsir mübadiləsi Birləşmiş Ərəb Əmirliklərinin vasitəçilik səyləri ilə həyata keçirilib.