Futbol üzrə Azərbaycan Premyer Liqasında IV turun növbəti oyunu keçirilib.
Senzor.az bildirir ki, günün ilk görüşündə “Qarabağ” doğma meydanında “Turan Tovuz”u qəbul edib. “Azersun Arena”da baş tutan matç qonaqların 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Tovuz təmsilçisinin heyətində 18-ci dəqiqədə Otto Con penaltini dəqiq yerinə yetirib.
Günün ikinci qarşılaşmasında “Neftçi” “Araz-Naxçıvan”ın qonağı olub. “Live Bona Dea Arena”da təşkil olunan oyunda hesab açılmayıb.
Qeyd edək ki, turun açılış matçında “Səbail” “Kəpəz”ə 4:0 hesabı ilə qalib gəlib.