Naxçıvan Muxtar Respublikası Ali Məclis üzvlüyünə namizəd Rəşad Bayramovun seçicilərlə növbəti görüşü dünən Naxçıvan şahmat məktəbində keçirilib.
Senzor.az bildirir ki, Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) Ali Məclisinin sədri Rəşad Bayramov Naxçıvan Muxtar Respublikası Ali Məclisinə seçkilərdə 30 saylı Naxçıvan şəhər seçki dairəsindən namizəddir.
Xatırladaq ki, 45 Məclis üzvünün müəyyənləşəcəyi seçkilərdə ümumilikdə 187 namizəd qeydə alınıb.