AMİP sədri Arzuxan Əlizadə seçicilərlə növbəti görüşünü keçirdi - FOTO

27 Saylı Sabunçu ikinci Seçki Dairəsidən deputatlığa namizəd - Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri Arzuxan Əlizadənin təbliğat kampaniyası aktiv şəkildə davam edir.

 

AMİP-dən Senzor.az-a verilən məlumata görə, A. Əlizadə dünən Ramana qəsəbəsində seçicilərlə növbəti görüşünü keçirib.  

Görüşü giriş sözü ilə namizədin Seçki qərargahının rəhbəri Yəhya Həsənov açıb. Deputatlığa namizədin vəkilləri, dostları Əli Mustafa, Əfsəddin Nəbiyev və Əli Orucov namizədin fəaliyyəti, onun indiyədək gördüyü işlər, eləcə də əldə etdiyi uğurlar barədə görüş iştirakçılarına geniş məlumat veriblər. 

Görüşdə çıxış edənlər Arzuxan Əlizadənin apardığı seçki kampaniyasını bəyəndiklərini, onun sözlərinə inandıqlarını bildiriblər. Görüşdə iştirak edən seçicilər Ramana qəsəbəsində olan problemləri namizədin diqqətinə çatdıraraq, onların həllində yaxın iştirak edəcəyinə ümid etdiklərini deyiblər. 

Arzuxan Əlizadə çıxış edərək Ramana qəsəbəsin problemləri ilə yaxın tanış olduğunu, onların həllinə çalışacağını, seçiciləri narahat edən məsələləri daim gündəmdə saxlayacağını bildirib, səmimi münasibətinə görə görüş iştirakçılarına və bütün seçicilərə təşəkkürünü çatdırıb. 


Senzor.az






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.