Dövlət sərhədini pozmağa cəhd edən 3 Əfqanıstan vətəndaşı saxlanılıb.
Bu barədə Snzor.az-a Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, avqust ayının 27-də saat 18:10-da DSX Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərən 3 (üç) nəfər Əfqanıstan vətəndaşı - Səmədi Səfi Abdurrəhman oğlu, Səttari Sifər Xan oğlu və Vəkili Muhb Seyfulla oğlu saxlanılıb.
Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.