Türkiyə Ordusu bazar günü, sentyabrın 1-də İraqın şimalında və Suriyada daha 17 terrorçunu məhv edib.
Senzor.az bildirir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
İraqın Qara, Metin bölgələrində və “Pençe-Kilit” antiterror əməliyyatı zonasında silahlılara zərbələr endirilib. Bundan əlavə, Suriyanın Münbiç bölgəsində terrorçular zərərsizləşdirilib.
Müdafiə Nazirliyinin məlumatına görə, İraqın şimalında 15, Suriyada isə iki yaraqlı məhv edilib.
Türkiyənin Milli Müdafiə Nazirliyi regionda terror təhlükəsini tamamilə aradan qaldırmaq əzmində olduğunu vurğulayıb.
Türkiyə Ordusunun bölgədə ilin əvvəlindən məhv etdiyi terrorçuların sayı 1 830-u keçib.