Sentyabrın 2-də Ermənistanın baş naziri Nikol Paşinyan və arvadı Anna Akopyan Tavuş vilayətinin Kirants kəndinə gəliblər.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, Paşinyan və xanımı yeni tikilən məktəbə baş çəkib, qırmızı lenti kəsiblər.
Yeni məktəb binası sərhəddən cəmi bir neçə on metr aralıda yerləşir.
Qeyd edək ki, Paşinyan bundan əvvəl Qarakilsədə olub.