Baş prokuror: Qarabağ separatçılarının istintaqı yekunlaşıb

Qarabağ separatçıları ilə bağlı istintaq yekunlaşıb və materiallar yaxın vaxtlarda məhkəməyə təqdim olunacaq.

 

Bunu Azərbaycanın Baş prokutotu Kamran Əliyev “Nyus.ru”ya açıqlamasında deyib.

 

“Hazırda cinayət işinin materialları ilə həm təqsirləndirilən şəxslər, həm də zərərçəkmişlər tanış olurlar. Bilirsiniz ki, bu cinayət işində zərərçəkənlər çoxdur. Bütün bu istintaq-əməliyyat tədbirləri həyata keçirildikdən sonra iş beynəlxalq standartlara və Azərbaycanın cinayət qanunvericiliyinə uyğun olaraq, mahiyyəti üzrə baxılması üçün məhkəməyə göndəriləcək”, - K.Əliyev bildirib.

 

Qeyd edək ki, müxtəlif illər ərzində Baş Prokurorluq tərəfindən 15 separatçıya qarşı cinayət işi başlanıb və onlar beynəlxalq axtarışa verilib. 2023-cü ilin sentyabrında keçirilən antiterror əməliyyatından sonra onlar saxlanılıb və Bakıya gətirilərək  istintaqa təhvil verilib. Separatçılara qarşı terrorizm, terrorçuluğu maliyyələşdirmə, qanunla nəzərdə tutulmayan silahlı birləşmə və qruplaşmalar yaratmaq, terrorizm məqsədi ilə təlimlər keçirmək ittihamları irəli sürülüb. Bu ilin iyununda Bakı onların işi üzrə istintaqın başa çatdığını elan edib.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.