Fransada solçular yeni baş nazirə etimadsızlıq votumu irəli sürəcəklər
AZƏRBAYCAN ƏRAZİLƏRİNƏ QEYRİ-QANUNİ SƏFƏR...

Solçu blokun ən böyük partiyası “İtaətsiz Fransa”, o cümlədən Fransa Sosialist Partiyası və Kommunist Partiyası ölkənin yeni baş naziri təyin edilmiş Mişel Barnyeyə etimadsızlıq votumu irəli sürəcəklər.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə “İtaətsiz Fransa” partiyasından deputat olan Erik Kokrel BFMTV telekanalının efirində bildirib.

 

“Biz etimadsızlıq votumu irəli sürəcəyik və bunun əsaslı səbəbi var. Düşünürəm ki, bizim Yeni Xalq Cəbhəsindəki tərəfdaşlarımız (solçu partiyaların koalisiyası - red.) da bunu edəcək”, - o deyib.

 

Telekanal partiyadakı mənbələrinə istinadən, həmçinin, Fransa Sosialist Partiyası kimi Fransa Kommunist Partiyasının da Mişel Barnyeyə etimadsızlıq səsverməsi irəli sürəcəyini bildirib.

 

Xatırladaq ki, sentyabrın 5-də, növbədənkənar parlament seçkilərinin başa çatmasından 60 gün sonra Fransa prezidenti Emmanuel Makron 73 yaşlı Mişel Barnyeni yeni hökumət başçısı təyin edib. O, bu vəzifədə ən yaşlı siyasətçi olacaq və Beşinci Respublikanın ən gənc baş naziri, 35 yaşlı Qabriel Attalı əvəzləyəcək.

 

Yeri gəlmişkən, yeni baş naziri Mişel Barnier 2021-ci ildə Azərbaycan ərazilərinə qeyri-qanuni səfər edib. Belə ki, o zaman M.Barnier Fransada prezidentliyə namizəd Valeri Pekreslə birgə işğal altında olan Azərbaycan ərazilərində erməni separatçılarının yerləşdiyi ərazilərdə olub.

 

Səfər 2021-ci il dekabrın 21-23-də baş tutub. Azərbaycanın Qarabağ bölgəsinə qeyri-qanuni səfər edən M.Barnier V.Pekresin Azərbaycana qarşı bəyanatlarına şərik olub. Daha dəqiq desək, Qarabağ bölgəsinə qanunsuz səfər edənlər Azərbaycandan səfirin geri çağırılmalı olduğunu və rəsmi Bakıya qarşı sanksiyaların tətbiq edilməsini təklif ediblər...






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.