ABŞ Prezidenti Co Bayden, vitse-prezident Kamala Harris və keçmiş prezident Donald Tramp Nyu-Yorkda 11 sentyabr hadisələrinin ildönümü mərasiminə qatılıblar.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, Donald Trampı vitse-prezident postuna namizəd Ceyms Devid Vans müşayiət edib.
Ötən gün ilk debat zamanı üz-üzə gələn prezidentliyə namizədlər K.Harris və D.Tramp mərasimdə bir daha əl-ələ görüşüblər.
Harrislə Vans arasında isə heç bir ünsiyyət olmayıb.