Sentyabrın 22-də Karen Dəmirçyan adına İdman-Konsert Kompleksində keçiriləcək geniş toplantı ərəfəsində Ermənistandakı etiraz hərəkatının lideri, arxiyepiskop Baqrat Qalstanyan ölkənin siyasi qüvvə və partiyalarının nümayəndələri, o cümlədən Qarabağdakı keçmiş separatçı hərəkatın təmsilçiləri, eləcə də Ermənistanın ikinci və üçüncü prezidentləri Robert Köçəryan və Serj Sarqsyanla görüşlər keçirib.
Senzor.az bildirir ki, hərəkatın Telegram kanalında yayılan mesajında belə deyilir.
“Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyanla Birinci Prezident Aparatının təqdim etdiyi üzrlü səbəblər üzündən görüş hələ baş tutmayıb”, - mesajda vurğulanıb.
Senzor.az