Ukrayna Putinə görə Monqolustana
DEMARŞ ELAN ETDİ

Ukrayna Xarici İşlər Nazirliyi Monqolustana qarşı demarş elan etmək qərarına gəlib.

 

Bu barədə Ukrayna Xarici İşlər Nazirliyi məlumat yayıb.

 

Bildirilib ki, bu qərar Rusiya Prezidenti Vladimir Putinin Ulan-Batora səfəri zamanı həbs edilməməsi ilə bağlı verilib.

 

“Monqolustan tərəfi, Roma Nizamnaməsini imzalayan Monqolustanın Beynəlxalq Cinayət Məhkəməsinin (ICC) Putin üçün verdiyi həbs qərarını imtina etməsinə dair Ukraynanın dərin məyusluğu ilə bağlı məlumatlandırılıb”, - bəyanatda bildirilir.

 

Qeyd olunur ki, Kiyev gələcəkdə Monqolustanla ikitərəfli münasibətləri inkişaf etdirərkən, eləcə də beynəlxalq platformalarda mövqeyini formalaşdırarkən onun qərarını nəzərə alacaq.

 

Eyni zamanda XİN ümid edir ki, Ulan-Bator Kiyevlə dostluq münasibətlərinin bərpası istiqamətində addımlar atacaq.

 

Qeyd edək ki, Rusiya lideri sentyabrın 2-si Ulan-Batora gedib. Belə ki, bu, Putinin Haaqada Beynəlxalq Cinayət Məhkəməsinin Roma Əsasnaməsini imzalamış ölkəyə ilk səfəri olub. 

 

“Qafqazinfo” xatırladır ki, 2023-cü ilin martında BCM Putinin həbsinə order verib. Bu sənədə əsasən Putin Monqolustana səfəri zamanı həbs edilməli idi.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.