Türkiyənin Milli Kəşfiyyat İdarəsi (MİT) İraqın şimalında əməliyyat keçirib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, MİT əməliyyatdan öncə terrora görə axtarışda olanlar siyahısında qırmızı kateqoriyada olan PKK/KCK-nın "rəhbər" şəxslərindən biri Azad Akıncının yerini müəyyən edib.
Akıncı Türkiyə sərhədindən 160 kilometr uzaqlıqdakı Mahmurda keçirilən nöqtə əməliyyatı ilə zərərsizləşdirilib.
Məlumata görə, terror təşkilatı adından fəaliyyət göstərdiyi və təbliğat apardığı üçün bir müddət Türkiyədə saxlanılan Akıncı təşkilatın bəzi fəaliyyətlərini İraqın şimalında da həyata keçirib.