Ukrayna ilə Rusiya arasında növbəti məhbus mübadiləsi
DAHA 49 HƏRBÇİİ ƏSİRLİKDƏN GERİ QAYTARILDI

Sentyabrın 13-də Ukrayna ilə Rusiya arasında daha bir məhbus mübadiləsi olub. “Azovstal” müdafiəçiləri də daxil olmaqla 49 hərbi qulluqçunu geri qaytarmaq mümkün olub.

 

Senzor.az bildirir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenskinin teleqram kanalında məlumat verilib.

 

“49 ukraynalı kişi və qadın evlərinə qayıdıb. Bunlar Ukrayna Silahlı Qüvvələri, Milli Qvardiya, Milli Polis, Dövlət Sərhəd Xidmətinin döyüşçüləri, eləcə də mülki vətəndaşlarımızdır”, - deyə Zelenski bildirib.

 

Prezidentin məlumatına görə, “Azovstal”ın müdafiəçilərinin daha bir hissəsini də azad etmək mümkün olub. “Ukrayna Qəhrəmanı, hərbi həkim Viktor İvçuk da evdədir”, - deyə Zelenski əlavə edib.

 

Ombudsman Dmitri Lubinetsin dediyinə görə, əsirlikdən qayıdanların səhhəti çox ağırdır, çoxları onlarla kiloqram çəki itirib.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.