Türkiyənin 17 vilayətində FETÖ-yə qarşı yeni əməliyyat keçirilib.
Senzor.az bildirir ki, bu barədə ölkənin daxili işlər naziri Ali Yerlikaya “X”də yazıb.
O bildirib ki, Adana, Antalya, Balıkesir, Bursa, Çorum, Denizli, Edirne, Eskişehir, Gaziantep, Kocaeli, Manisa, Malatya, Mardin, Osmaniye, Samsun, Şanlıurfa ve Zonguldağda keçirilən “Kıskaç-27” əməliyyatı nəticəsində 39 nəfər şübhəli saxlanılıb.
Nazir terrorçulara qarşı mübarizənin davam edəcəyini bildirib.