ABŞ Dövlət Departamenti dövlət katibi Entoni Blinkenlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında bir neçə gün öncə baş tutmuş telefon danışığını şərh edib.
Bu barədə Dövlət Departamenti Mətbuat xidmətinin rəhbəri Metyu Miller yazılı açıqlama yayıb.
Departamentin saytında yerləşdirilmiş açıqlamada ABŞ-ın Azərbaycan və Ermənistanın münasibətlərin normallaşdırılması ilə bağlı danışıqlarda əldə etdiyi irəliləyişi alqışladığı, xüsusilə sərhədin delimitasiyası komissiyalarının birgə fəaliyyəti haqqında Əsasnaməyə dair razılaşmaları qeyd etməsi vurğulanıb.
M.Miller qeyd edib ki, E.Blinken N.Paşinyanla söhbətində Cənubi Qafqazda davamlı və layiqli sülhün bərqərar olmasının vacibliyini təsdiqləyib.
“Qafqazinfo” xatırladır ki, daha əvvəl Ermənistan hökuməti Blinken və Paşinyanın ikitərəfli gündəliyi və İrəvanla Bakı arasında sülh prosesini müzakirə etdiyini açıqlamışdı.