Kursk ərazisində əsir götürülən 103 hərbçi Rusiyaya qaytarılıb.
Senzor.az bildirir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin Teleqram kanalında məlumat verilib.
Bildirilib ki, proses BƏƏ-nin humanitar xarakterli vasitəçiliyi ilə Belarus ərazisində baş tutub. Rusiya ilə Ukrayna tərəfinin nümayəndələri arasında aparılan danışıqlar nəticəsində sentyabrın 14-də vaxtilə Kursk ərazisində əsir götürülmüş 103 hərbçi Rusiyaya qaytarılıb.
Eyni zamanda, Rusiya tərəfi də 103 ukraynalı hərbçini ölkəsinə təhvil verib. Ukrayna Ombudsmanı Dmitri Lubinets bildirib ki, bu gün mübadilə çərçivəsində azad edilən məhbuslar arasında “Azov”dan olan 12 hərbçi, həmçinin Kraken xüsusi təyinatlılarının nümayəndələri, o cümlədən Mariupolda 36-cı briqadanın əsir götürülmüş dəniz piyadaları da var.
Həyata keçirilən tədbirlərlə onların ailələri ilə əlaqə yaratmaq istəyi təmin olunub, habelə hər biri psixoloji və tibbi müayinədən keçirilib.