Bakıya düşmən olan Okampo İrəvanda II Qareginlə görüşdü

Ermənilərin katolikosu II Qaregin İrəvanda səfərdə olan Beynəlxalq Cinayət Məhkəməsinin keçmiş prokuroru Luis Moreno Okampo və Erməni Apostol Kilsəsinin Britaniya-İrlandiya Yeparxiyasının yepiskopu Hovakim Manukyanın rəhbərlik etdiyi “Həqiqət və Ədalət Mərkəzi” təşkilatının üzvləri ilə görüşüb.

 

Yerli KİV-bildirir ki, bu barədə erməni kilsəsindən məlumat verilib.

 

Görüş zamanı Okampo guya Azərbaycan tərəfindən Ermənistanın işğal olunmuş ərazilərinin azad edilməsi, “arsax”da aparılan etnik təmizləmə məsələsinin gündəmə gəlməsi və Azərbaycanda saxlanılan “erməni əsirlərin” azad edilməsi istiqamətində fəaliyyətə başladığını deyib.

 

Bununla yanaşı, Okampo bu prinsiplərin həyata keçirilməsində dünya ermənilərinin birliyinin vacibliyini vurğulayıb.

 

Axar.az xatırladır ki, Beynəlxalq Cinayət Məhkəməsinin keçmiş prokuroru Luis Moreno Okampo Azərbaycana qarşı düşmənçilik fəaliyyəti ilə tanınan şəxsdir. Hətta ötən ay Okampo ölkəmizə qarşı növbəti təxribatçı çıxış edərək, erməniləri müxtəlif həştəqlər vasitəsilə Bakıda keçiriləcək COP29 beynəlxalq tədbirindən istifadə edərək, “girov”lar məsələsini gündəmə gətirməyə çağırmışdı.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.