Xankəndinin keçmiş qondarma “meri” David Sarkisyanın avtomobili müsadirə olunub.
Senzor.az bildirir ki, bu barədə erməni KİV-i məlumat yayıb.
Belə ki, nəqliyyat vasitəsi qanunsuz əldə edilmiş əmlak kimi Sarkisyandan alınıb.
Xatırladaq ki, David Sarkisyan mayın 27-də 20 sutka müddətinə həbs edilib. Təhlükəsizlik qüvvələri onun evində axtarış aparıb, bundan sonra o və daha 3 nəfər dələduzluqda və 4 avtomobil oğurluğunda ittiham olunub.
İyul ayında isə Sarkisyan barəsində qətimkan tədbiri ev dustaqlığından inzibati nəzarətə dəyişdirilib.