"Fransa Ermənistana 29 milyon avro verəcək".
Senzor.az "Sputnik Ermənistan"a istinadən bildirir ki, bunu Fransanın xarici işlər naziri Stefan Sejurne İrəvana səfərinin yekunlarına dair mətbuat konfransında deyib.
Sejurnenin sözlərinə görə, bu vəsait Azərbaycan ərazilərini könüllü tərk etmiş ermənilər üçün nəzərdə tutulub.
XİN başçısı onu da qeyd edib ki, Fransa və Ermənistan müdafiə sahəsində əməkdaşlıq edəcək.
Qeyd edək ki, daha əvvəl Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Sejurne ilə görüşündə Ermənistanın Avropa Birliyi ilə əlaqələrin dərinləşdirilməsində göstərdiyi dəstəyə görə Fransaya minnətdar olduğunu bildirib. O, eyni zamanda vurğulayıb ki, İrəvan ikitərəfli gündəliyin bütün sahələrində Parislə əməkdaşlıq edir.