İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ prezidentliyinə namizəd Donald Trampa qarşı sui-qəsd cəhdinə reaksiya verib.
Senzor.az bildirir ki, bununla bağlı o, "X" sosial şəbəkəsindəki hesabında paylaşım edib.
Trampı öldürmək istəyən Rut kimdir? “Sara (İsrail baş nazirinin həyat yoldaşı - red.) və mən Trampa ikinci sui-qəsd cəhdindən şoka düşdük. Bu cəhdin də uğursuz olduğunu eşidəndən sonra rahat olduq. Amma təkcə bəxtimizə güvənməməliyik”, - deyə hökumət başçısı yazıb.
Qeyd edək ki, dünən bir nəfər Donald Trampı öldürməyə çalışıb. Bu son bir neçə ayda siyasətçiyə qarşı ikinci sui-qəsd cəhdidir.
Netanyahu həmçinin bu cür hücumların qarşısını almaq üçün tədbirlərin görüləcəyinə ümid etdiyini bildirib.