Tacikistan Prezidenti Emoməli Rəhmon Qazaxıstanın paytaxtı Astanaya işgüzar səfər edib.
Senzor.az bildirir ki, bu barədə Qazaxıstan KİV-i məlumat yayıb.
Onun səfərinin məqsədi dövlət başçılarının “Mərkəzi Asiya-Almaniya” görüşündə iştirak etməkdir.
Bu gün səhər saatlarında Qırğızıstan Prezidenti Sadır Japarov da Astanaya işgüzar səfərə gedib.
Qeyd edək ki, Almaniya kansleri Olaf Şolts sentyabrın 15-dən Qazaxıstandadır və artıq ölkə Prezidenti Kasım-Jomart Tokayevlə görüşüb. Astanada keçirilən danışıqlardan sonra iki ölkə arasında əməkdaşlığın möhkəmləndirilməsinə yönəlmiş bir sıra sənədlər və birgə Bəyannamə imzalanıb.