Livan ərazisindən İsrailə bir saat ərzində 130 raket atılıb

"Bu gün Livandan İsrailin şimalına bir saat ərzində 130-a qədər raket atılıb".

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə İsrail Müdafiə Qüvvələri məlumat verib.

 

Bildirilib ki, əvvəlcə 60, daha sonra isə 70 mərmi atılıb. Onların bir hissəsi havada sıradan çıxarılıb. Hələlik ölən və yaralananlar barədə məlumat yoxdur.

 

Bundan əvvəl İsrail ordusunun mətbuat xidməti məlumat verib ki, SAXAL cümə axşamından bəri Hizbullahın 100-ə yaxın hərbi obyektinə zərbələr endirib.

 

Xatırladaq ki, İsrail-Livan sərhədində vəziyyət 2023-cü ilin oktyabrında rəsmi Təl-Əvivin Qəzza zolağında hərbi əməliyyatlara başlamasından sonra pisləşib. İsrail ordusu və "Hizbullah" döyüşçüləri hər gün sərhəddə yerləşən ərazilərdə tez-tez bir-birinin mövqelərini atəşə tuturlar. Sonuncu-məlum rabitə cihazlarının kütləvi şəkildə partladılmasından sonra vəziyyət daha da gərginləşib.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.