İrəvanda milli demokratik qüvvələr Rusiya əleyhinə etiraz aksiyası keçiriblər.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, qondarma “Milli Demokratik Qütb” İrəvanın Azadlıq meydanında mitinq keçirib, daha sonra iştirakçılar Rusiyanın İrəvandakı səfirliyinə doğru yürüş ediblər.
Erməni millətçiləri və revanşistləri səfirliyin yanında Rusiya əleyhinə şüarlar səsləndirib, ermənilərin bütün bəla və faciələrində Moskvanı və İrəvanı günahkar bildiklərini bəyan ediblər...
Onlar Rusiya və Ermənistan hakimiyyətlərini erməniləri “Artsax”dan qovmaqda, “Artsax”ı Azərbaycana verməkdə və Zəngəzur dəhlizini Azərbaycana verməyə cəhddə ittiham ediblər. Daha sonra onlar Respublika meydanından keçərək Azadlıq meydanına qayıdıblar...
Senzor.az