Türkiyədə Antalya başda olmaqla, ümumilikdə 6 bölgədə keçirilən “Quyu-27” əməliyyatı çərçivəsində mafiya lideri Beratcan Gökdəmirin dəstəsinə aid 32 nəfər şübhəli şəxs qismində saxlanılıb.
Senzor.az bildirir ki, bu barədə ölkənin daxili işlər naziri Əli Yerliqaya məlumat yayıb.
Hazırda həbsdə olan B.Gökdəmirin mütəşəkkil cinayət təşkilatına qarşı təşkil edilən əməliyyat nəticəsində 23 ədəd sənədsiz tapança, 2 ədəd sənədsiz tüfəng, müxtəlif miqdarda narkotik vasitə və külli miqdarda pul da ələ keçirilib.
Cinayətkar təşkilatın üzvlərinin iş adamlarına qarşı hücum, əmlaka ziyan vurma və hədələmə cinayətləri törətdikləri müəyyən edilib.