Harris seçki kampaniyasına Trampdan üç dəfə çox pul xərcləyir

Demokratlar partiyasından prezidentliyə namizəd Kamala Harris seçkiqabağı kampaniyasına respublikaçı rəqibi Donald Trampa nisbətən gündə 5 milyon dollar çox vəsait xərcləyir.

 

“Bloomberg” agentliyinin məlumatına görə, Harris seçkiqabağı kampaniyaya avqust ayında gündə orta hesabla 7,5 milyon dollar, Tramp isə 2,6 milyon dollar sərf edib.

 

ABŞ Federal Seçki Komissiyası Kamala Harrisin seçki yarışına sentyabr ayında 404 milyon dollarla, Donald Trampın isə 295 milyon dollarla daxil olduqlarını bildirib.

 

Xatırladaq ki, ABŞ-da növbəti prezident seçkiləri noyabrın 5-nə təyin olunub. Seçkilərdə Demokratlar partiyasını ölkənin hazırkı vitse-prezident Kamala Harris, Respublikaçılar partiyasını isə sabiq dövlət başçısı Donald Tramp təmsil edir.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.