ABŞ administrasiyası regionda gərginliyin artması ilə əlaqədar Yaxın Şərqə əlavə hərbçilər göndərir.
TASS bildirir ki, bu barədə Pentaqonun mətbuat katibi Patrik Rayder məlumat verib.
"Yaxın Şərqdə artan gərginlik fonunda bölgədəki qüvvələrimizi gücləndirmək üçün əlavə hərbi kontingent göndəririk”, - Rayder deyib.
Xatırladaq ki, İsrail ordusu ilə “Hizbullah” döyüşçüləri arasında intensiv qarşılıqlı hücumlar davam edir. İsrail ordusunun Livanın cənubuna endirdiyi hava zərbələri nəticəsində 356 nəfər həlak olub. “Hizbullah” silahlı qüvvələri hava hücumlarına cavab olaraq İsrail hərbi obyektlərinə və yaşayış məntəqələrinə çoxsaylı raketlər atıb.