Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ABŞ-da BMT Baş Assambleyasının 79-cu sessiyası çərçivəsində ukraynalı həmkarı Andrey Sibiqa ilə görüşüb.
Senzor.az bildirir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.
Qeyd olunub ki, tərəflər iki ölkə arasında cari əməkdaşlığın aspektləri və perspektivlərini müzakirə ediblər.
Onlar həmçinin münasibətlərin siyasi, iqtisadi, enerji, mədəni və humanitar məsələləri barədə danışıblar.
Nazirlər regiondakı mövcud vəziyyət və Azərbaycanın COP29-a hazırlığı barədə də fikir mübadiləsi aparıblar.