“Hizbullah” İsrailin “Mossad” komanda məntəqəsinə ballistik raket atdı

“Hizbullah” hərəkatı İsrail kəşfiyyatının Təl-Əviv yaxınlığındakı “Mossad” komanda məntəqəsinə raket atdığını bildirib.

 

Senzor.az hərəkatın sosial şəbəkələrdə yaydığı məlumata istinadən bildirir ki, raket zərbəsi liderlərinin öldürülməsinə və Livanda peycerlərin partladılmasına məsuliyyət daşıyanlara yönəlib.

 

Livanın “Əl-Mayadeen” telekanalı bildirib ki, “Hizbullah” ilk dəfə İranın “Kader-1” uzaqmənzilli ballistik raketindən istifadə edib.

 

İsrail ordusunun Baş Qərargahı Livanda bazar ertəsi günü başlayan hücum əməliyyatına “Şimal oxları” adını verib. Təkcə son 24 saat ərzində “Hizbullah”ın Livandakı 1,6 min obyektinə zərbələr endirilıb. Müşahidəçilər qeyd edirlər ki, İsrail 2006-cı ildə ikinci Livan müharibəsindən sonra “Hizbullah”a bu qədər intensiv hücum etməyib.

 

Son günlər “Hizbullah” İsrail ərazisinə raket hücumlarının diapazonunu artırıb ki, bu da hazırda 50 kilometrdən çoxdur.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.