Nyu -Yorkda Türk Dövlətləri Təşkilatı (TDT) Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi iclası keçirilib.
Senzor.az bildirir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin "X" hesabında məlumat verilib.
Qeyd olunub ki, Türkiyə XİN rəhbəri Hakan Fidan Nyu-Yorkda Türk Dövlətləri Təşkilatı Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi iclasında iştirak edib.
Paylaşımdakı fotodan məlum olur ki, tədbirə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov da qatılıb.