İsrail Hərbi Hava Qüvvələrinin son sutka ərzində Livanın bir sıra bölgələrinə endirdiyi zərbələr nəticəsində ən azı 51 nəfər ölüb, 223 nəfər yaralanıb.
Senzor.az bildirir ki, bu barədə Livanın səhiyyə naziri Firas Abyad məlumat verib.
Nazir xəstəxanaların tam dolu olduğunu, tibb müəssisələrinin fövqəladə rejimdə fəaliyyət göstərdiyini bildirib.
Xatırladaq ki, daha əvvəl - sentyabrın 24-də İsrailin hücumları nəticəsində 569 nəfərin öldüyü, 1,8 mindən çox insanın yaralandığı bildirilmişdi.