“Qarabağ” bu gün Londonda, “Tottenhem” ilə baş tutacaq qarşılaşma öncəsi hazırlıqlara başlayıb.
AZƏRTAC bildirir ki, komanda sentyabrın 25-də “Tottenhem Hotspur” stadionunda oyunöncəsi məşqə çıxıb.
Qeyd edək ki, "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov jurnalistlər üçün keçirilən mətbuat konfransında belə bir stadionda, azarkeşlərin qarşısında oynamağın komandanın hər bir futbolçusu üçün dəyərli bir təcrübə olduğunu deyib.
Onu da xatırladaq ki, “Tottenhem” – “Qarabağ” oyunu sentyabrın 26-da, Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.